İranda narkotik maddələrin qaçaqmalçılığında və qəsdən adamöldürmədə ittiham edilən 4 nəfər edam edilib.
Teleqraf.com xəbər verir ki, edamlar İsfahan, Marağa və İlam şəhərlərində həyata keçirilib.
Narkotik maddələrin qaçaqmalçılığında ittiham olunan 29 yaşlı Molud Şahhüseyni və qəsdən adamöldürmədə ittiham olunan Bəhruz Ənsari Ləncan İsfahanın mərkəzi həbsxanasında dara çəkilib.
Həmçinin qəsdən adamöldürmədə təqsirli bilinən Qoşaçay şəhər sakini, 33 yaşlı Aslan Şirani (güney azərbaycanlı) Marağa həbsxanasında, eyni ittihama görə ölüm hökmü almış Kuruş Behzadiyan isə İlam şəhər həbsxanasında edam edilib.