Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrəvana səfəri barədə jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, o, səfər çərçivəsində Boltonla müzakirə ediləcək məsələləri açıqlamaqdan imtina edib.
Mnatsakanyan suala cavabı belə yekunlaşdırıb: “Biz bu səfərə ciddi əhəmiyyət veririk və hazırlaşırıq. Bu, çox əhəmiyyətli bir səfərdir. Bolton Rusiya və bölgə dövlətlərini ziyarət edəcək. Bizim də ABŞ nümayəndə heyəti ilə müzakirə edəcəyimiz öz gündəliyimiz var”.
Qeyd edək ki, Con Boltonun oktyabrın 20-də bölgəyə səfəri başlayır. O, səfər çərçivəsində Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistanda olacaq.