18 Oktyabr 2018 18:13
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın orta məktəblərində tədris olunan “Düşüncə və araşdırma” (6-cı siniflər üçün) adlı dərs vəsaitində Güney Azərbaycan haqda təhrif’ yol verilib.

Teleqraf.com-un məlumatına görə, Güney Azərbaycanla yanaşı, digər qeyri-fars bölgələri ilə bağlı məlumatlarda da təhriflərə yol verilib.

Dərsliyinin birinci fəslində İran xəritəsi dərc olunub. “Mənin torpağımın görməli yerləri” başlığı altında dərc olunan xəritədə yalnız farsların yaşadığı İsfahan, Şiraz, Kirman, Məşhəd, Ərak, Tehran və Rəşt şəhərləri yer alıb.

Lakin dərs vəsaitində qeyri-fars məntəqələri, o cümlədən Güney Azərbaycan, Əl-Əhvaz, Bəlucistan və bu kimi bölgələrə yer verilməyib.

İran Təhsil Nazirliyi tərəfindən hazırlanmış vəsait Güney Azərbaycandan olan milli-mədəni fəalların etirazına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər