18 Oktyabr 2018 17:41
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib.

Teleqraf.com xəbər verir ki, amerikalı səfir Riçard Millsin Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Fransanın Ermənistandakı səfiri Conatan Lakott belə deyib.

Lokott erməni jurnalistin məsələ ilə əlaqədar sualına cavabda belə davam edib:

“Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir. İnsan ölümlərinə görə kədərlənirik. Münaqişəyə ATƏT-in Minsk qrupu daxilində həll tapılacağına ümid edirik”.

Qeyd edək ki, ABŞ-ın İrəvandakı səfiri Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmağa çağırıb. Amerikalı diplomatın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər rəsmi İrəvan və Ermənistan cəmiyyətinin narazılığına səbəb olub.

Baş nazir Nikol Paşinyan da, Riçard Millsə geniş cavab verməkdən imtina etməsi də Ermənistanda narazılıq yaradıb. Baş nazir jurnalistin sualına sadəcə “gedən səfirin fikirləridir” cavabını verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər