18 Oktyabr 2018 22:56
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Sudanda bu ilin sonuna qədər 20 min uşaq aclıqdan ölə bilər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə "Save the Children" beynəlxalq təşkilatı məlumat yayıb.

Vətəndaş müharibəsi səbəbindən hazırda Cənubi Sudanda 1 milyonu uşaq olmaqla ümumilikdə 6 milyon insanın qidaya ehtiyacı olduğu bildirilir. Təşkilatın açıqlamasına görə, 2018-ci ilin sonuna qədər zəif qidalanmaya görə, 20 min uşaq həyatını itirə bilər.

Qeyd edək ki, 2011-ci ildə Sudandan ayrılaraq müstəqilliyini elan edən Cənubi Sudanda 2013-cü ildən vətəndaş müharibəsi gedir


Müəllif: Teleqraf.com