19 Oktyabr 2018 00:49
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqının Zirvə görüşündə “Brexit”dən sonrakı keçid dövrünü bir neçə ay uzatmağı təklif edib.

Teleqraf.com xəbər verir ki, Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən görüşdə Böyük Britaniyanın Avropa İttifaqından çıxması məsələsi müzakirə olunub.

Avropa İttifaqının məlumatına görə, əgər tərəflər razılığa gəlsələr, təklif qəbul oluna bilər.

Bu qərar “Brexit”in bəzi tərəfdarlarını qəzəbləndirib. İrlandiyanın Baş naziri Leo Varadkar söyləyib ki, müzakirələr zamanı bir çox mövzuda razılığa gəlinsə də, Şimali İrlandiya ilə İrlandiya arasındakı sərhəd məsələsində hələ də boşluqlar var.

Qeyd edək ki, ötən ay Zaltsburqda keçirilən toplantıda heç bir razılıq əldə edilməmişdi və bu, Böyük Britaniya cəmiyyətində narahatçılığa səbəb olmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər