Bu il “Forbes” jurnalı Qustav Maqnar Vitzoeni dünyanın ən gənc milyarderi kimi təqdim edib.
Teleqraf.com xəbər verir ki, 25 yaşlı norveçli bu zənginliyinə görə atasına borcludur.
Çünki atası dünyanın ən böyük təsərrüfatını Qustava miras qoyub. Gəncin hazırda 2,435 milyard avroya sahib olduğu bildirilir.
O, eyni zamanda “Team Models” agentliyində modellik edir.
Gənc milyarderin “Porsche” avtomobili, xüsusi təyyarəsi və gəmisi var.
Qustavdan sonra dünyanın ən gənc milyarderi arasında Katirina və Aleksandra Andresen bacılarının adı düşüb. Onların sərvəti 1 milyard avro dəyərindədir.