ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) milli təhlükəsizliklə bağlı məxfi informasiyalarını mətbuata ötürməkdə ittiham olunun amerikalı kəşfiyyatçı Terri Allburi haqqında qərar verilib.
Teleqraf.com xəbər verir ki, məhkəmə FTB-nin sabiq əməkdaşı haqqında qərarını iki gün əvvəl çıxarıb.
Keçmiş kəşfiyyatçı FTB-nin terrorla mübarizə çərçivəsində insanların söy-kökləri üzrə fərdi araşdırılmaları mətbuata ötürüb.
Terri Allburi hələ Minnesota əyalətində işlədiyi zaman Ədliyyə Nazirliyi onu FTB-yə aid milli təhlükəsizliklə əlaqəli məxfi qeydləri özündə saxlamaqda və mediaya ötürməkdə ittiham edib və neçə müddətdir məhkəmə prosesi davam edir.
Nəhayət, proses başa çatıb və kəşfiyyatçı 4 il müddətinə azadlıqdan mərhum olunub.
Prokurorluq Terry Allburinin 50-si məxfi olmaqla ümumilikdə 70 FTB sənədini onlayn fəaliyyət göstərən media orqanı ilə paylaşdığını və bu qeydlərdən birinin FTB-nin məxfi əməkdaşlarının necə qiymətləndirildiyi haqda olduğunu vurğulayıb. Kəşfiyyatçının məlumat ötürdüyü müxbirin və saytın adı açıqlanmasa da, informasiyaların 2016-2017-ci illərdə sızdırıldığı qeyd edilir.