19 Oktyabr 2018 22:28
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri YPG/PKK və İŞİD terror təşkilatlarının döyüşdüyü Deyrizor bölgəsində məscidi bombalayıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, koalisiya təyyarələrinin zərbə endirdiyi məsciddə ölən və yaralananlar haqqında heç bir məlumat yoxdur.
Qeyd edək ki, koalisiya təyyarələrinin son iki gündə Deyrizor bölgəsinə etdikləri hücumlar vaxtı ümumilikdə 43 nəfər dinc sakin həyatını itirib.
Koalisiya qüvvələrindən bu mövzu ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər