19 Oktyabr 2018 22:41
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın bu ilin yanvar-sentyabr aylarında Səudiyyə Ərəbistanına 417 milyon avro məbləğində silah satdığı bildirilir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı Əzcəzairdən sonra almanların ən çox silah satdığı ikinci ölkədir. Belə ki, 2018-ci ilin ilk 9 ayında Əlcəzairə 741,5 milyon, Səudiyyə Ərəbistanına isə təxminən 417 milyon avroluq silah satılıb.

Maraqlıdır ki, 2015-ci ildən Almaniya Yəməndə gedən vətəndaş müharibəsindəki roluna görə Səudiyyə Ərəbistanını ən çox tənqid edən dövlətlər sırasındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər