İsrail əsgərləri Qəzza zolağı sərhədində təşkil olunan "Böyük qayıdış yürüşü"nə müdaxilə edib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, əsgərlərin gözyaşardıcı qaz və rezin güllələrlə yanaşı həqiqi güllələrdən istifadə etməsi nəticəsində bir jurnalist də daxil olmaqla ümumilikdə 130 fələstinli yaralanıb.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.