Makedoniya parlamenti konstitusiya dəyişikliyi üçün referendum keçirilməsi təklifini dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, Makedoniya ilə Yunanıstan arasında əldə olunan razılaşmaya əsasən referenduma Makedoniya Respublikasının adının “Şimali Makedoniya”adlandırılması təklifi çıxarılacaq.
Ölkə parlamenti həftə ərzində apardığı müzakirələr nəticəsində, nəhayət, belə bir qərar qəbul edə bilib. 120 deputatdan 80-i buna səs verib.
Parlament müzakirələrinin ikinci mərhələsində konstitusiyanın hansı maddələrinə dəyişiklik ediləcəyi razılaşdırılacaq. Bunun üçün 120 nəfərlik parlament deputatından ən azı 61 nəfərin dəstək verməsi vacibdir.
Sonuncu müzakirələrdə isə konstitusiya dəyişikliyi ümumilikdə səsverməyə çıxarılacaq. Bunun üçün deputatların üçdə ikisinin dəstəyi lazımdır.