Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman özünün layihəsinin ən böyük riskinə çevrilib.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Blomberq” çıxış edib.
“Blomberq”də nəşr olunan məqalədə jurnalist Camal Qaşıqçının oktyabrın 2-də konsulluqda yoxa çıxması, ardınca yaşanan hadisələr və nəhayət, Səudiyyə Ərəbistanının etirafı fonunda şahzadə Məhəmməd bin Salmanın öz layihəsinə ən böyük risk yaratdığı qeyd olunur.
Bildirilir ki, Camal Qaşıqçının Ər-Riyaddan göndərilən qrup tərəfindən öldürüldüyü iddialarında şübhələr 33 yaşlı vəliəhdin üzərinə gəlir:
“ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Səudiyyə ilə ittifaqı riskə atmamaq naminə araşdırmanın başa çatmasını gözləyir, Konqresdə Trampı dəstəkləyənlər də daxil olmaqla çoxluq isə Ər-Riyada sanksiyalar tətbiq etmək niyyətindədir”.
“Camal Qaşıqçının ölümündə səudların rəsmi cinayət ortaqlığı nəzərə çarpır və bu, Məhəmməd bin Salmanın Səudiyyə Ərəbistanında istədiyi acılıma tam tərs siqnallar göndərir”, - Texas Universitetinin professoru Gregory Kasus deyib.