21 Oktyabr 2018 00:30
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalif ərəb jurnalist, "Vaşinqton Post" yazarı Camal Qaşıqçının qətl işinə Səudiyyə Ərəbistanının məhkəməsində baxılacaq.

Teleqraf.com tass.ru-ya istinadla xəbər verir ki, bu barədə krallığın ədliyyə naziri şeyx Valid bin Məhəmməd əs-Samani məlumat yayıb.

Onun sözlərinə görə, Camal Qaşıqçının ölümü Səudiyyə Ərəbistanının suveren ərazisində baş verib və müvafiq prosedur başa çatandan sonra iş baxılması üçün Səudiyyə məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, günlərdir itkin düşən Camal Qaşıqçı olayı barədə Səudiyyə Ərəbistanı susqunluğunu pozub. Səudiyyə Ərəbistanı hökuməti Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib.


Müəllif: Teleqraf.com