ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların orta və yaxın mənzilli raketlər (OYMR) üzrə razılaşmadan çıxacağını bəyan edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidenti Rusiyanı razılaşmanı pozmaqda suçlayıb.
"Mən başa düşmürəm Obama niyə danışıqlar aparmayıb və ya ABŞ-ı razılaşmadan çıxarmayıb? Biz onlara razılaşmanı pozmağa imkan verməyəcəyik. Rusiya sazişə əməl etmədi, buna görə də təəssüf ki, biz müqaviləni pozacağıq və razılaşmadan çıxacağıq", - deyə Tramp bildirib.
Qeyd edək ki, sözügedən müqavilə 1987-ci ildə Sovet İttifaqı ilə ABŞ arasında imzalanıb.