ABŞ rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu sübut etməyib.
Teleqraf.com xəbər verir ki, Atlantik Şurasının sammitində çıxış edən ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Ceyms Uorlik belə deyib.
Amerikalı diplomat hesab edir ki, ABŞ heç vaxt Ermənistan-Azərbaycan münaqişəsinin həll prosesində aktiv iştirak etməyib:
“Mən ABŞ rəhbərliyindən Dağlıq Qarabağ məsələsinə maraq görməmişəm. Buna görə də, ATƏT-in Minsk qrupundakı indiki nümayəndəsi ən azı səfir rütbəsinə layiqdir”.
Ceyms Uorlik vurğulayıb ki, həmsədr dövlətlər - ABŞ, Rusiya və Fransa tərəflər arasında təmasları sıxlaşdırmaq məsələsi üzərində işləməlidirlər: “Əminəm ki, bölgədə yerləşdiriləcək sülhməramlı qüvvələrin nə kimi iş görəcəyinə dair müzakirələrə başlamaq imkanı var”.
Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi nəzərdə tutulan qüvvələrin əsas hissəsinin təşkil edəcəyi barədə sualı cavablandıran Uorlik qeyd edib ki, bu barədə məsələ heç bir sənəddə yer almayıb:
“Bu məsələ 3 həmsdər dövlətin iştirakı və müvafiq sənədlərə bağlı məsələdir ki, Qarabağa hansı dövlətlərin sülhməramlıları yerləşdiriləcək”.
Lakin bununla belə, Rusiya və ABŞ-ın Qarabağ münaqişəsinə ümumi maraqlar kontekstindən yanaşdıqlarını iddia edib:
“Məsələn, Lavrovun təklif etdiyi həll variantı bizim təklif edəcəyimiz variantdan fərqlənmir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Helsinki Komissiyasının təşkil etdiyi brifinqdə iştriak edən Ceyms Uorlik Rusiyanın Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiq qaldığını demişdi.