Qum daşıyan yük gəmisi bu gecə Çinin şimal-şərqindəki Lyaonin əyalətində batıb.
Teleqraf.com xəbər verir ki, Çinin dövlət televiziyası insident nəticəsində 11 nəfərin itkin düşdüyünü açıqlayıb.
Qeyd olunur ki, bu gün sübh çağı insidentlərin idaəolunması mərkəzinə dənizdə insident baş verməsinə dair həyəcan siqnalı daxil olub. Qəza zamanı göyərtədə olan 11 ekipaj üzvündən indiyədək xəbər tutmaq mümkün olmayıb. Həmçinin, qəzanın başvermə səbəbləri də məlum deyil.
Mütəxəssislər gəminin batdığı yeri müəyyənləşdiriblər. Hazırda həmin ərazidə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.
Qeyd edək ki, son vaxtlar Çinə məxsus sahil sularında gəmi qəzalarının sayı artıb.