21 Oktyabr 2018 14:38
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin şərqində yerləşən Şandun əyalətində kömür şaxtalarının birində baş verən uçqun nəticəsində 2 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə dağda yaranan zərbə nəticəsində baş verib. Həçin an şaxtada 334 nəfər olub. Onlardan 312 nəfərini operativ qaydada şaxtadan çıxarmaq mümkün olub, 22 əməkdaş isə şaxtada qalıb. Axtarış-xilasetmə əməliyyatı nəticəsində onlardan yalnız birini xilas etmək mümkün olub. Daha 19 nəfər isə hələ də yerin altında qalmaqdadır.


Müəllif: Səxavət

Oxşar xəbərlər