21 Oktyabr 2018 18:14
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın yaxın və orta mənzilli raketlərin ləğv edilməsinə dair müqavilədən çıxacağını bəyan etməsi şantajdır.

Telelqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev bildirib. O hesab edir ki, müqavilənin 15-ci maddəsi ondan birtərəfli qaydada çıxmağı nəzərdə tutur, lakin bu, ciddi əsaslandırılma və tərəfləri 6 əvvəldən xəbərdar etməklə olmalıdır.

“Hələlik bu barədə rəsmi addım atılmayıb. Ona görə də Trampın addımının hüquq aktdan daha çox şantaj olduğunu düşünə bilərik”, – deyə Kosaçev “Feysbuk” səhifəsində yazıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin sözügedən razılaşmadan çıxacağını bəyan edib. O, Rusiyanı razılaşmanı pozmaqda suçlayıb.

Sözügedən müqavilə 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər