Rəsmi Moskva ABŞ Prezidenti Donald Trampın 1987-ci ildə SSRİ ilə imzalanan orta və qısamənzilli raketlər anlaşmasından çıxacağına dair açıqlamasına “Çox təhlükəli addımdır”, cavabını verib.
Teleqraf.com xəbər verir ki, Tramp Rusiyanın sözügedən anlaşmanın şərtlərini yerinə yetirmədiyini iddia edərək, müqavilədən çıxacaqlarını bildirib.
ABŞ anlaşmanı Sovet Rusiyası ilə Avropa və Yaxın Şərqdəki müttəfiqlərini müdafiə etmək məqsədilə imzalamışdı.
Müqavilə Rusiya və ABŞ-a mənzili 300-3400 km olan raketlərin istifadəsini, sınağını və istehsalını qadağan edir. ABŞ dəfələrlə Rusiyanı anlaşmanı pozmaqda ittiham edirdi.