Güney Azərbaycandan olan milli-mədəni fəal Nəsim Sadiqi Təbrizdə İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, fəal övladı ilə qısa telefon əlaqəsi saxlayaraq, təhlükəsizlik xidməti tərəfindən saxlanıldığını bildirib.
Ailə üzvləri onun şəxsi əşyaları, o cümlədən mobil telefonu, kompüter və kitabları müsadirə edilərək götürüldüyünü deyiblər.
İşdən evə gələrkən saxlanılan Nəsim Sadiqinin hansı səbəbdən saxlanılması barədə məlumat verilmir.
Nəsim Sadiqi Güney Azərbaycan türklərinin milli haqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb.