ABŞ-a məxsus RC-135V təyyarəsi Rusiyanın cənubunda kəşfiyyat uçuşu həyata keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Abxaziya, Krasnodar vilayəti və Krım yaxınlığından uçan kəşfiyyat təyyarəsi Rusiyanın nə dəniz nə də quru sərhədini pozub. Belə ki, təyyarə güclü radar sistemi vasitəsilə uzaq məsafədən lazımi kəşfiyyat məlumatları yığmaq qabiliyyətinə malikdir.
Hadisə ilə bağlı tərəflər arasında hər hansı insident baş verməyib.