22 Oktyabr 2018 23:58
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın qərbindəki Herat vilayətində NATO hərbçisi öldürülüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Əfqanıstandakı NATO birlikləri məlumat yayıb.

NATO hərbçilərinin Heratda Əfqanıstan təhlükəsizlik işçisi tərəfindən hücuma məruz qaldığı bildirilir. Hücum nəticəsində bir NATO əsgəri öldürülüb, ikisi yaralanıb. Ölən və yaralanan əsgərlərin adları açıqlanmır.

Yerli rəsmilər Heratın Şindənt mahalındakı hava limanında hücuma məruz qalan hərbçilərin amerikalı olduğunu iddia edib.

"Taliban" terror qruplaşması hücumun təşkilata bağlı təhlükəsizlik işçisi tərəfindən həyata keçirildiyini açıqlayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər