Qaşıqçı olayı tam aydınlaşdırılmadan Səudiyyə Ərəbistanına silah ixracatı həyata keçirilməyəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Almaniya Kansleri Angela Merkel deyib.
"İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda yaşananlar görün, necə qəddarcasınadır. Bunu xüsusi vurğulamaq istərdim, bu hadisə aydınlaşdırılmalıdır. Əks təqdirdə Səudiyyə Ərəbistanına silah ixrac olunmayacaq", deyə Almaniya kansleri vurğulayıb.
Qeyd edək ki, Səudiyyə Almaniyanın ilin əvvəlindən bu günədək Əlcəzairdən sonra silah satdığı ikinci ölkədir. Almaniya 9 ay ərzində Səudiyyə Ərəbistanına təxminən 417 milyon avroluq silah satışı həyata keçirib.