Londonda yayımlanan Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi Əş-Şərq əl-Əvsat qəzetinin yazarı fələstinli Rabi əl-Mədhun Camal Qaşıqçı öldürüldüyünə görə çalışdığı media qurumundan istefa verib.
Teleqraf.com xəbər verir ki, yazar bu barədə özünün feysbuk səhifəsində məlumat paylaşıb.
"Sakit şəkildə pensiyaya çıxmağa hazırlaşırdım, amma hər şey darmadağın oldu. Camal Qaşıqçının öldürülməsi çox çirkin, bənzəri görünməmiş bir şeydir, şok effekti yaratdı", deyə jurnalist qeyd edib.
Rabi əl-Mədhunun fikrincə, Camal Qaşıqçını öldürməyi planlaşdıran və bunda əli olanların hamısı layiqli cəzasını almalıdır.