Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla noyabrın 11-dək Parisdə görüşməyi təklif edib.
Teleqraf.com tass.ru-ya istinadla xəbər verir ki, Rusiya prezidenti bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla keçirilən görüşdə deyib.
"Əlbəttə, Birləşmiş Ştatlar prezidenti ilə birbaşa dialoq faydalı olardı. Təbii, ABŞ tərəfi belə təmaslarda maraqlı olarsa",- deyə Putin bildirib.
Con Bolton isə cavabında "Donald Tramp sizinlə görüşməkdən məmnun olacaq", - deyə vurğulayıb.
O, Vladimir Putinin Moskva və Vaşinqton arasında dialoqun faydalı olmasına dair fikirləri ilə razılaşdığını söyləyib.