24 Oktyabr 2018 00:30
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma metrosunun “Repubblica” stansiyasında eskalatorun sıradan çıxması nəticəsində 30 nəfər, o cümlədən ÇSKA-nın azarkeşləri yaralanıb.

Teleqraf.com tass.ru-ya istinadla xəbər verir ki, azarkeşlər Olimpiya stadionuna ÇSKA və Roma klublarının komandaları arasında matça baxmağa gedirmiş. Yaralıların 7-sinin vəziyyəti ağır, 5-nin vəziyyəti orta-ağır hesab edilir, 18 nəfər yüngül yara alıb.


Müəllif: Teleqraf.com