Tramp administrasiyası Camal Qaşıqçının öldürülməsi ilə əlaqəsi olan Səudiyyə Ərəbistanının 21 rəsmisinə sanksiya tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçülərindən biri bildirib.
Sözçü jurnalistin ölümü ilə əlaqəsi olan 21 Səudiyyə rəsmisinin vizasının ləğv edildiyini vurğulayıb.
Departament rəsmisi qeyd edib ki, ABŞ qanunlarına əsasən sanksiyalara məruz qalan şəxslərin adı açıqlanmayacaq.
Xatırladaq ki, dünən ABŞ dövlət katibi Pompeo mətbuat konfransında jurnalistin ölümü ilə bağlı bəzi Riyad rəsmilərinə sanksiya tətbiq ediləcəyini bildirmişdi.