Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən şoumen Mehmet Əli Ərbilin vəziyyəti hələ də ağır olaraq qalır.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ərbilin həkimi Klod Kayuka açıqlama verib:
“Hazırda dəqiq məlumat verə bilmərəm. Biz də gözləyirik. Bunun qabırğaların sınması ilə əlaqəsi yoxdur. 16 illik xəstəliyi ortaya çıxıb. Bu dəfə vəziyyət əvvəlkilərdən ağırdır”.
Qeyd edək ki, aparıcı yıxıldığı üçün qabırğaları sınaraq ağciyərinə batıb.