Məşhur “Titanik” gəmisinin oxşarı olan ikinci gəmi 2022-ci ildə Böyük Britaniyadan ABŞ-a yola düşərək, tarixi səyahəti eyni marşrut üzrə təkrarlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın CBS telekanalı məlumat yayıb.
“Titanik 2” layihəsi “Blue Star Line” şirkətinin sahibi, avstraliyalı iş adamı Kliv Palmerə məxsusdur.
Layihənin icrasına 2012-ci ildə başlanıb. 2015-ci ildən dayandırılan proyektə yenidən bu ilin sentyabr ayında start verilib. Şirkətin planına görə, “Titanik” ancaq yay aylarında İngiltərədən ABŞ-a sərnişindaşıma xidmətini həyata keçirəcək.
500 milyon dollar dəyərində olan gəmi yola düşərkən 2.4 min sərnişin, 900 ekipaj heyətini də özü ilə birlikdə ABŞ-a aparacaq.
Qeyd edək ki, “Titanik” 1912-ci il aprelin 14-15 tarixlərində Böyük Britaniyadan ABŞ-a ilk səfərində Atlantik okeanında qəzaya uğrayaraq batıb. Aysberqlə toqquşduqdan 2 saat 40 dəqiqədən sonra batan gəmidə 1500 sərnişin boğularaq həlak olub.
Qəzadan yalnız 712 nəfər sağ çıxa bilib.