22 Avqust 2014 18:01
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sizə danışdığım məsələni qırıcılara çatdırın, gəlib bizi bombalasınlar və bu biabırçı vəziyyətdən xilas olaq, Allah xatirinə!” – Bu sözlər İŞİD tərəfindən qaçırılan 200 kürd qadınından birinə aiddir.


Teleqraf.com publika.az-a istinadən xəbər verir ki, avqustun 3-də İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Şənqalı (Sincar – red.) işğal edib. Qıruzer və Siba Şeyx Xıdır bölgələrində baş verən hücumlar nəticəsində çoxlu sayda insan öldürülüb, yüzlərlə qadın qaçırılıb.


Sitat da bu qadınlardan birinindir. Onun 24 yaşı var... Gizlicə zəng edərək nə vəziyyətdə olduqlarını və necə əsir düşdüklərini Rudav şəhərindəkilərə izah edir:


“Qiruzerdə idik. Qaçmağa fürsətimiz olmadı. Silahlı şəxslər bizi burada əsir götürdü və Şənqala göndərdi. Burada qadınlarla kişiləri ayırdılar. Sonra da bizi Beac qəsəbəsi yaxınlığında bir yerə gətirdilər. Allah xatirinə, sizə danışdığım məsələni qırıcılara çatdırın, gəlib bizi bombalasınlar və bu biabırçı vəziyyətdən xilas eləsinlər”.


Müəllif:

Oxşar xəbərlər