25 Oktyabr 2018 00:48
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp eks-prezident Bill Klinton və sabiq dövlət katibi Hillari Klintonun evinə, keçmiş prezident Barak Obamanın ofisinə evinə içində partlayıcı maddə olan bağlamanın göndərilməsini pisləyib.

Teleqraf.com xəbər verir ki, Donald Trampın ölkədə bu cür addımlara yer olmadığını bildirib.

"Məxfi Xidmət, Federal Təhqiqat Bürosu, yerli hüquq-mühafizə orqanlarının operativ müdaxiləsinə görə təşəkkür edirik. Bu hücumu planlaşdıranlar mühakimə olunacaq", - deyə ABŞ prezidenti qeyd edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər