Güney Azərbaycanın Urmiya şəhərində beynə qan sızma nəticəsində həyatını itirən azərbaycanlı qızın bədən üzvləri ailəsinin razılığı ilə orqana ehtiyacı olan xəstələrə bağışlanıb.
Teleqraf.com xəbər verir ki, 27 yaşlı Jila İsazadənin bəzi bədən üzvləri artıq xəstələrə köçürülüb.
Onun orqanları Urmiya, Şiraz və Tehranda 4 xəstəni ölümdən qurtarıb, orqanlar pulsuz bağışlanıb.