Misirdə tətildə ikən ölən 62 yaşlı İngiltərə vətəndaşı David Hampreysin meyiti ölkəsinə gətirildikdən sonra bəzi iç orqanlarının olmadığı məlum olub.
Teleqraf.com xəbər verir ki, qaldığı otelin hovuzunda nəvələri ilə oynayan zaman həyatını itirən Davidin ailəsi razılıq verməsə də misirli həkimlər meyiti yarıblar.
Ölkəsinə gələndən sonra bir daha yarılan adamın ürək, qaraciyər və böyrəklərinin yerində olmadığı ortaya çıxıb.
Qeyd edək ki, İngiltərə mediası misirli həkimləri qanunsuz orqan oğurlamaqla günahlandır. Ancaq Misirin səlahiyyətli nümayəndələri ittihamların əsassız olduğunu deyir.