25 Oktyabr 2018 21:10
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan hərbçilərinin atəş açmasından sonra 2 etirazçının ölməsi ilə Pakistanın işğal edilmiş Kəşmir bölgəsində ara qarışıb.

Teleqraf.com xəbər verir ki, hərbi qüvvələr və polisin nümayişlərə müdaxiləsindən sonra 6 nəfər yaralanıb.

Bölgədə yaşayan insanlar Hindistan hakimiyyəti əleyhinə etiraz aksiyalarına başlayıb. Hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edir.

Əhalisinin 90 faizi müsəlman olan Kəşmir 1947-ci ildə Pakistana birləşmək haqda qərar versə də, dönəmin regional rəhbərliyi Hindistana birləşməyi seçib. Qərar müsəlmanların etirazına səbəb olub. Pakistan və Hindistanın bundan sonra bölgəyə hərbi qüvvə göndərməsi ilə, 1947-ci ildə tərəflər arasında müharibə baş verib.

İki ölkə arasındakı növbəti savaş 1965-1999-cu illərdə olub.

Hazırda Kəşmirin 45 faizi Hindistanın, 35 faizi Pakistanın, 20 faizi isə Çinin nəzarəti altındadır. Hindistan ələ keçirdiyi bölgələri “Kammu Kəşmir ştatı” adı altında özünə birləşdirib. Bölgə Hindistanda müsəlmanların üstünlük təşkil etdiyi yeganə ştatdır. Pakistan isə öz nəzarəti altında saxladığı bölgəyə Müstəqil Kəşmir və Gilgit Baltistan olmaqla iki muxtar status verib.

BMT Təhlükəsizlik Şurasının 1948-ci ildə qəbul etdiyi qətnamə bölgənin gələcək müqəddaratının referendum yolu ilə müəyyən edilməsini tələb edir. Hindistan referendumu rədd etsə də, Pakistan qətnamənin yerinə yetirilməsini istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər