Beş ildən sonra Səudiyyə Ərəbistanı tamamilə fərqli bir dövlət olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ər-Riyadda keçirilən beynəlxalq investisiya konfransında çıxış edən Səudiyyə Ərəbistanı taxının vəliəhdi, şahzadə Məhəmməd bin Salman deyib.
Şahzadə ölkə iqtisadiyyatını neftdən diversifikasiya etmək üçün radikal islahatlar həyata keçirməyi vəd edib və o, bölgəni Avropaya çevirəcəyini bildirib:
“Yaxın Şərqin Yeni Avropa olacağına inanıram. Qarşıdakı beş ildə müvəffəqiyyətli olsaq, digər ölkələr də bizə qatılacaq”.
Məhəmməd bin Salman qeyd edib ki, Səudiyyə öz iqtisadiyyatını inkişaf etdirmək üçün böyük addımlar atmağa başlayıb: “Bizim qeyri-neft gəlirlərimiz təxminən üç dəfə artıb”.