Ukraynanın dövlət başçısı Petro Poroşenko sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenkonu bir araya toplayaraq ölkənin inkişaf perspektivlərini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Petro Poroşenko hər üç dövlət xadiminin rəhbərlik etdiyi illəri yüksək qiymətləndirərək “Ukraynanın 25 illik müstəqilliyi” yubiley medalı ilə təltif edib.