İslam İnqilabı Keşikçiləri Korpusu – “Sepah” əməkdaşları tərəfindən tutularaq bu orqanın Bakiri xiyabanındakı təcridxanasında saxlanan azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi Təbrizin Beheşti Məhkəməsinə aparılıb.
Teleqraf.com xəbər verir ki, fəal dindirilib və barəsində 100 milyon tümənlik vəsiqə qərarı çıxarıldıqdan sonra yenidən “Sepah”ın təcridxanasına qaytarılıb.
Onun oktyabrın 27-də təkrar məhkəməyə aparılacağı bildirilir.
Azərbaycanlı qadın fəala qarşı irəli sürülən ittihamlar haqda hələlik heç bir məlumat yoxdur.
Nəsim Sadiqi azərbaycanlıların demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bir sıra təzyiqlərə məruz qalıb.