Müxalif ərəb jurnalist, "Vaşinqton Post" yazarı Camal Qaşıqçının öldürüldüyü Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun yerləşdiyi küçədə özəl şirkət robot kameralarla kanalizasiyada axtarış həyata keçirib.
Teleqraf.com "Anadolu"ya istinadla xəbər verir ki, Qonaqlar məhəlləsi Akasyalı küçəsinə dünən axşam saatlarında içərisində kanalizasiya görüntüləmə sistemi olan mikroavtobus gətirilib. Robot kameranı kanalizasiyaya salan qrup aparılan axtarışı avtomobildəki monitorda izləyib.