Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 81 vilayətindən 39-na, o cümlədən Ankara və İstanbula yeni vali təyin edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Rəsmi Gazete”də məlumat yerləşdirilib.
Ankaraya İstanbulun əvvəlki valisi Vasip Şahin, İstanbula isə Qaziantep vilayətinin əvvəlki valisi Əli Erlikaya vali təyin olunub.