Ukraynada hərbi xidmətdə qadınların kişilərlə bərabər hüquqları haqqında qanun qüvvəyə minib.
Teleqraf.com xəbər verir ki, bu haqda "112 Ukrayna" telekanalı məlumat yayıb.
Dəyişikliyə əsasən "Hərbi xidmət haqqında" qanuna qadınların kişilərlə bərabər səviyyədə hərbi vəzifələrin icra etməsi barədə norma daxil edilib.
Qeyd edək ki, bu yaxınlarda Ukrayna tarixində ikinci dəfə qadın hərbçi general rütbəsinə yüksəlib.