Türkiyədə 63 yaşlı Xədicə Kılıç internetdən tanış olduğu 45 yaşlı kişiyə əvvəl aşiq olub, sonra ona 30 min lirə (9 min manata yaxın) pul verib.
Teleqraf.com xəbər verir ki, qadın başına gələnləri yerli telekanallardan birinin canlı efirində danışıb.
O, əlindəki şəkli nümayiş etdirib və dələduzun bələdiyyədə işlədiyi ortaya çıxıb. Özünü başqa sənədlə, subay və Metehan Altun olaraq tanıdan kişi Xədicə xanıma öncə telefon borcunu ödədib, sonra özünə mobil telefonu aldırıb.
Ardıyca nağd pul göndərən qadın, nəhayət, “sevgili”sinin dələduz olduğunu anlayıb.
Canlı efirə bağlanan iş yoldaşlarından biri kişinin İlyas Çelik adlı bir şəxs olduğunu deyib.