27 Oktyabr 2018 18:33
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun insanların xərçəng xəstəliyinə tutulma riski yüksəkdir.

Teleqraf.com xəbər verir ki, Kaliforniyanın Riverside Universitetinin biologiya professoru Leonard Nunney ortalama hər 10 sm uzunluğunda insanın xərçəngə tutulma riskinin 10 faiz artdığını aşkarlayıb.

Araşdırmada qadınlar üçün ortalama boyun 162 sm, kişilər üçün 175 sm olduğu qeyd edilir. Bundan uzun bədənlərdə mutasiyaya məruz qalan və xərçəngə yol açan daha artıq hüceyrənin olduğu göstərilir.

Araşdırmada uzun qadınlar üçün xərçəngə tutulma riski 12, kişilərdə isə 9 faiz qiymətləndirilir.

Qeyd edək ki, araşdırma zamanı həm də uzun boy ürək xəstəlikləri, şəkərli diabet kimi sağlıq problemləri riskini artırdığı da vurğulanıb.


Müəllif: Aytən

Oxşar xəbərlər