İstanbulda qətlə yetirilən jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz ABŞ Prezidenti Donald Trampın Ağ Evə səfər etmək barədə təklifini qəbul etməyib.
Teleqraf.com-un məlumatına görə, X.Çingiz bu addımı cəmiyyətin mövqeyinə təsir etməmək və Donald Trampa qarşı müsbət ictimai rəy formalaşdırmamaq məqsədi ilə atdığını bildirib. Onun sözlərinə görə, ABŞ C.Qaşıqçının qətli ilə bağlı təhqiqatın ədalətli nəticələrinə nail olmaq üçün bütün səylərini ortaya qoymayana qədər Ağ Evi ziyarət etməyəcək.
Xatırladaq ki, C.Qaşıqçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gəlib və həmin vaxtdan itkin düşüb. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini etiraf edib.