Şənbə günü Bakı vaxtı ilə 20:00 radələrində Dağıstan Respublikasının Çarodin rayonunun Qoçob kəndində məscid yanıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Yanğın Bakı vaxtı ilə bazar günü 00:05-də söndürülüb. Alovun söndürülməsinə 12 nəfər yanğınsöndürən və 3 texnika cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Bundan əvvəl Azərbaycanın Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın baş verib.