Rusiya Prezidenti Vladimir Putin Suriya ilə bağlı İstanbuldakı zirvə görüşünə gələn həmkarlarına Xantı-Mansiyskdən hədiyyələr gətirib.
Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Putin balıq, giləmeyvələr, fındıq və digər yeməli şeylər hədiyyə edib.
Qeyd edək ki, Vladimir Putin bir gün öncə Xantı-Mansiyskə səfər edib.