28 Oktyabr 2018 01:59
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiyanın hazırkı prezidenti Maykl Hiqqins cümə günü baş tutan ümumi səsvermə nəticəsində ikinci yeddi illik müddətə yenidən seçilib.

“Report” TASS-a istinadən xəbər verir ki, seçkilərdə iştirak edən irlandiyalıların 56 faizi ona səs verib.

Hiqqinslə yanaşı prezident kürsüsü uğrunda 5 namizəd mübarizə aparıb. Seçicilərin seçkidə iştirakı 43 faiz təşkil edib.

Xatırladaq ki, bu gün Gürcüstanda prezident seçkiləri keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər