28 Oktyabr 2018 10:26
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Braziliyada prezident seçkilərinin II turu keçirilir.

Teleqraf.com xəbər verir ki, sosioloji anketlərə görə, birini turda 46 faiz səs alan sağ lider Jair Bolsonaronun qələbə qazanmaq ehtimalı daha yüksəkdir.

Sosial Liberal Partiyanın namizədi Bolsonaro ilə Əmək Partiyasının namizədi Fernando Haddad arasında səs fərqi 29 faizdir.

Qeyd edək ki, son 14 ildə Braziliyanı sol hökumətlər idarə edib.


Müəllif: Cavad

Oxşar xəbərlər