Brüsselin Zacentem Hava Limanının əməkdaşları iş vaxtı etiraz aksiyası keçirib. Nəticədə hava limanının xidmətindən istifadə etmək istəyən yüzlərlə müştəri mənzil başına çata bilməyib.
Teleqraf.com xəbər verir ki, hava limanının yük bölümünün əməkdaşları işi saxlayaraq etiraz aksiyası keçirməsi onlarla təyyarə reysinin ləğv olunmasına səbəb olub.
Aksiya nəticəsində hər 5 təyyarədən birinin uçuşu ləğv edilib. Vəziyyətin çıxılmaz olduğunu görən hava limanının rəhbərliyi bəzi sərnişinləri avtobuslarla Hollandiya hava limanlarına daşıyaraq oradan yola salıb.
Etiraz edən əməkdaşlarla hava limanının rəhbərliyi arasında isə razılaşma əldə olunmayıb.