ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinə məxsus təyyarələr Suriyanın Deyr-ez-Zor əyalətində as-Susa kəndinə aviazərbələr endirib.
Teleqraf.com "RİA-Novosti"yə istinadla xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayyıb.
Hücum nəticəsində 5 dinc sakininin həlak olduğu bildirilir.
Beynəlxalq koalisiya isə öz növbəsində xəbəri təkzib edib.
“Obyektlərdən biri İŞİD-in planlaşdırma və hücumların komanda mərkəzi kimi istifadə edilirdi, məscid idi. Quru güclərinin komandanının qiymətləndirməsinə görə, İŞİD döyüşçüləri zərbə zamanı komanda mərkəzində idilər”, - deyə amerikalı polkovnik Şon Rayan bildirib.